Bu gün Prezident İlham Əliyev Azərbaycan Texnologiya Universitetinə rektor təyin edib. Mia.az Prezidentin rəsmi saytına istinadən xəbbər verir ki, sərəncama əsasən, Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin olunub. Xatırladaq ki, yeni rektor bu təyinata qədər Azərbaycan Texniki Universiteti İnformatika və informasiya texnologiyaları kafedrasının müdiri işləyib. O, texnika elmləri namizədi, əməkdar müəllimdir.