Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. MİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 21-ci ildönümü ilə əlaqədar olaraq, öz xidməti vəzifələrini yerinə yetirərkən göstərdikləri igidliyə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif ediliblər: "İgidliyə görə" medalı ilə: Kərimov Çingizxan Cümşüd oğlu - leytenant (ölümündən sonra) Yusifov Camaləddin İslam oğlu - əsgər (ölümündən sonra) "Hərbi xidmətlərə görə" medalı ilə: Xəlilov Şirin Heydər oğlu - general-mayor Babayev Sahib Xudaverdi oğlu - polkovnik Eyvazov Xaliq Rəşid oğlu - polkovnik Aslanov Emin Vahid oğlu - polkovnik-leytenant Hümmətov Təvəkkül Nəriman oğlu - polkovnik-leytenant Quliyev Elvin Nəriman oğlu - polkovnik-leytenant Məhərrəmov Kamran Musa oğlu - polkovnik-leytenant Gözəlov İlkin Şakir oğlu - mayor Həsənov Telman Əjdər oğlu - mayor Məmmədov Fariz Azad oğlu - mayor Mürsəlov Sahib Təmraz oğlu - mayor Məmmədov Əli Vaqif oğlu - baş leytenant Səfərov Mahir Nəriman oğlu - baş leytenant