Novruza qədər əfv fərmanı veriləcək
Azərbaycanda Novruz bayramı ərəfəsində növbəti əfv fərmanın olacağı gözlənilir. Prezident yanında Əfv Komissiyasından Modern.az-a daxil olan eksklüziv məlumata görə, artıq komissiya üzvlərinin hazırladıqları siyahılar müzakirə olunub. Bir neçə gün ərzində yekun qərarın veriləcəyi bildirilib.
Məlumatda həmçinin qeyd edilib ki, martın 17-ə qədər növbəti əfv fərmanı verilə bilər.
Qeyd edək ki, sonuncu əfv fərmanı Prezident İlham Əliyev tərəfindən 2012-ci ilin dekabrında imzalanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08