Nazirlər Kabinetinin Milli Məclisə hesabat verəcəyi tarix məlum olub. Mia.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa sosial şəbəkədə məlumat verib. Deputat qeyd edib ki, martın 15-də Nazirlər Kabineti Milli Məclisə 2012-ci ilin hesabatını verəcək. Qeyd edək ki, Milli Məclisin (MM) daxili nizamnaməsinə görə, hər il parlamentin yaz sessiyasının 5-ci iclasından (mart ayı) gec olmayaraq hökumətin son bir illik fəaliyyəti ilə bağlı dinləmələr keçirilir və hökumət adından Baş nazir parlamentarilər qarşısında hesabat verir. Parlamentdə hökumətin 2012-ci ilin yekunlarına dair hesabat məruzəsinin Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.