Prezident məcburi köçkünlər üçün 14 milyon ayırdı
Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Binəqədi rayonunda müvəqqəti məskunlaşmış 700 nəfərdən ibarət 155 məcburi köçkün ailəsinin köçürülməsi üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 milyon manat vəsait ayrılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19