YAP-dan aksiyaya sərt etiraz: ?Qətiyyətlə qarzısı alınacaq?
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) sabah gənclərin Azərbaycanda əsgər ölümü ilə bağlı keçirəcəyi aksiyaya münasibət bildirib. YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı SalamNews-a bildirib ki, Bakı şəhər İcra Hakimiyyətinin icazəsi olmadan heç bir aksiya keçirilə bilməz. Onun sözlərinə görə, bu cür aksiyaların keçirilməsi qanunsuzdur və qətiyyətlə qarşısı alınacaq: "Hesab edirəm ki, ölkə daxilində sabitliyin pozulmasına yol verilməyəcək".
Xatırladaq ki, martın 10-da saat 15:00 radələrində gənclər Fəvvarələr meydanında "Əsgər ölümünə son!" şüarı altında yeni bir aksiya keçirməyi planlaşdırırlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08