Bu gün ?Ehtiyatda və İstefada olan Zabitlər? ictimai birliyi Müdafiə Nazirliyində hal-hazırda müxtəlif vəzifələr tutan generallara müraciat edib. Müraciət müəllifləri Nazirliyin Şəxsi Heyət Baş idarəsinin Təşkilati Səfərbərlik idarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov, MN-nin Şəxsi Heyət Baş idarəsinin Tərbiyəvi İşlər idarəsinin rəisi general-mayor Vaqif Məmmədov, MN-nin Hüquq idarəsinin rəisi polkovnik Rauf Kişiyev, MN-nin Mətbuat xidmətinin rəisi Eldar Sabiroğluna Müdafiə naziri Səfər Əbiyevin Bakı şəhəri, Yasamal ratonu, Hərbi şəhərcik, ?Qızıl Şərq? küçəsində yerləşən malikanəsinin qarşısında martın 9-da keçirilməsi planlaşdırırlan etiraz aksiyasında iştirak etməyə dəvət edib. Zabitlərin müraciətini olduğu kimi təqdim edirik: ?Hörmətli generallar Yaşar Aydəmirov və Vaqif Məmmədov, tutduğunuz vəzifələrə uyğun olaraq hər biriniz hərbçilərin, o cümlədən ehtiyatda olan zabitlərin hüquqlarının müdafiəsinə görə məsuliyyət daşıyırsınız. Hörmətli polkovnik Rauf Kişiyev, tutduğunuz vəzifəyə uyğun olaraq siz Orduda qanunların alilliyinin təmin olunmasına, hərbçilərin, o cümlədən ehtiyatda olan zabitlərin pözulmuş hüquqlarının bərpa olunmasına görə məsuliyyət daşıyırsınız. MN-nin Mətbuat xidmətinin rəisi isə Orduda gedən proseslər, o cümlədən baş verən qanun pozuntuları barədə ictimaiyətin məlumatlandırılmasına görə məsuliyyət daşıyır. Eyni zamanda, sizin hər biriniz bir vətəndaş olaraq qarşılaşdığınız qanun pozuntularına qarşı çıxmalı və mübarizə aparmağa borclusunuz?.