Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu Kürdəxanı təcridxanasından Lökbatanda yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülür. Lökbatana gedənə qədər Nigar Yaqublu 12 saat azaddır və ailəsi ilə görüşə biləcək. Xatırladaq ki, N.Yaqublu ölümlə nəticələnən avtomobil qəzasında təqsirli bilinərək məhkum olunub. Ötən il dekabrın 19-da Abşeron rayon Məhkəməsi cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə onu 2 il 6 ay azadlıqdan məhrum etmişdi.