[/center] E.Məcidli videonun ümumi tərkibi ilə bağlı məlumat verərək, onun bütün hissələriylə yayımlanacağını vurğuladı. Müsahibimiz video görüntülərin 09.Xl.2004-cü il tarixində qeydə alındığını dedi. Onun deməsinə görə, videonun əsas qəhrəmanı DİN polkovniki Rasim İldrımzadədir. E.Məcidlidən yazılı gələn aşağıdakı mətdə vurğulanır ki, DİN-in polkovniki Rasim İldrımzadənin cinayət xarakterli əməlləri aşagıdakılarla xarakterizə olunur : 1. Rasim İldırımzadə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat - "ölüm eskadronu " tərəfindən oğurlanmış Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin geri qaytarılması ücün qardaşı huquq professoru Elşad Abdullayevədən 1 milyon ABŞ dolları tələb etmişdir ; 2. Rasim İldrımzadə zərərcəkmiş Elşad Abdullayevlə BDU-nun huquq fakültəsində birgə oxuduqları dövrü və müəllimləri xatırlayırlar: 3. Rasim İldrımzadə ?Mahiri məndən başqa hec kim gətirə bilməz, Siz mənə qarant durmalısınız ?-deyir; 4. Rasim İldrımzadə qeyd edir ki, Mahirin ?yerini bilirəm, o, sag-salamatdır, gözümlə görmüşəm?; 5. Rasim İldrımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, Mahiri 3-5 günə şəxsən gətirib təhvil verəcəm Sizə ; 6. ?Mahir hazırda Azərbaycanın sərhəddindədir?; 7. ?Mahiri siravi oğrular oğurlamayıbdır, hökumətin icindəki banditlər oğurlayıbdır?; 8. ?Mahirə görə kim sənin yanına gəlsə qov getsin, hətta mənim adımdan da gəlib desələr belə, yaxınına buraxma?; 9. ?Mahir sağdır gəlib nə olubsa hər şeyi sənə danışacaq , sənilə telefonla danışmağa qoymurlar?; 10. ?Elsad muəllim Mahiri məndən alarasan, bu gündən Mahirə mənəm cavabdeh? . Video internetə yüklənən kimi biz də oxucularımızı onunla bağlı daha geniş məlumatlandırmağa çalışacağıq./musavat.com/. Xatırladaq ki, R.İldırımzadə daxili işlər naziri Ramil Usubovun yaxın qohumudur. Buradan videoya baxa bilərsiz... http://www.youtube.com/watch?v=eHJyu1ddx2c&feature=player_embedded