Şamaxının icra bazçısı da izdən çıxarıldı- YENiLƏNiB
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov vəzifəsindən azad olunub. Məlumatı ?Media forum? saytına Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov verib.
Siyavuş Novruzov bildirib ki, prezident İlham Əliyev Asif Məmmədovun vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Dövlət başçısının bugünlərdə məmurlara xəbərdarlıq etdiyini vurğulayan Siyavuş Novruzov xatırladıb ki, Asif Məmmədov son iki gündə vəzifəsindən çıxarılan ikinci icra başçısıdır. Fevralın 14-də prezident İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyini dəyişib.
Siyavuş Novruzov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə kimin təyin olunduğu barədə ?Media forum?a məlumat verməyib.
***
Prezident İlham Əliyev Şamaxı rayonu İcra hakimiyyətinə yeni başçı təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Asif Ağayev yeni vəzifəsinə qədər ARDNŞ-də şöbə müdiri işləyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08