Bakıda əyləncə mərkəzində kütləvi bıçaqlanma: yaralılar var
Fevralın 12-nə keçən gecə Bakı şəhərinin Nərimanov rayonu ərazisində kütləvi dava-dalaş olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Dərnəgül qəsəbəsi ərazisindəki əyləncə mərkəzində bir qrup şəxslə oranın işçiləri arasında münaqişə baş verib. Dava-dalaş zamanı əyləncə mərkəzinin 2 əməkdaşı Məftun Qasımov və Əli Mirzəyev bıçaqlanıblar. İlqar İbrahimov adlı əməkdaş isə döyülmə nəticəsində aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. ilkin məlumata görə, hadisədə iştirak etmiş şəxslərdən bəziləri artıq müəyyən edilərək saxlanılıb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08