Müdafiə Nazirliyi: Helikopter qəzasında 3 zabitimiz həlak olub
Müdafiə Nazirliyi Bakıda qəzaya uğrayan hərbi helikopterdə ölən hərbçilərin adlarını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj uzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhuseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olub.
Rüstəm Rüstəmovun meyidi dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.
Müdafiə Nazirliyi həlak olan zabitlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08