Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, fizika-riyaziyyat elmləri doktoru, akademik Mahmud Kərimov bu gün ürəktutmasından dünyasını dəyişib. Türkiyədə vəfat edən M.Kərimovun cənazəsi artıq Bakıya gətirilib. Mahmud Kərimov 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postunu tuturdu. M.Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olub. 1966 - 1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 1979-cu ildə fizika-riyaziyyat elmləri namizədi, 1989-cu il fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 2001-ci il Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. O, 1973 - 1974-cü illərdə Milli Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis, 1974-cü ildən sonra AMEA-nın Radiasiya tədqiqatlar sektorunda müxtəlif vəzifələr tutub. 2001-ci ildən Azərbaycan Elmlər Akamiyasının prezidenti idi. Bir oğlu, bir qızı var. modern.az