Cəbhə bölgəsində vəziyyət gərginləşib. Məlumata görə, bu gün qoşunların təmas xəttində Xocavənd rayonunun Kuropatkino kəndi istiqamətində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun əsgəri Əlizadə Sənan Dövlət oğlu şəhid olub. S.Əlizadə Cəlilabad rayonundan hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə faktı təsdiqləyib.