Yanvarın 23-də İsmayıllıda baş verən hadisələri canlı izləmək üçün hadisə günü sözügedən rayonda olan Müsavat Partiyasının başqan müavini, ?Yeni Müsavat? qəzetinin əməkdaşı Tofiq Yaqublu yenidən Baş Prokurorluğa çağırılıb. Bu barədə ?Facebook?dan xəbər yayan Tofiq Yaqublu bildirib ki, bazar günü olmasına baxmayaraq, bu gün axşam saat 20 radələrində Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyev gizli nömrədən zəng edərək, məni yenidən istintaqa çağırıb. Çağrışa münasibət bildirən Başqan müavini hesab edir ki, hakimiyyət İsmayıllıda xalqın üsyana qalxmasını özünün əməllərinin nəticəsi kimi yox, müxalifətin əməllərinin nəticəsi kimi təqdim etmək istəyir... mia.az