Sabah hava dəyizəcək, bəzi yerlərdə qar yağacaq
Uzun müddət davam edən mülayim isti hava şəraitindən sonra yaxın 2 gündə atmosfer təzyiqinin yüksəlməsi, arabir güclənən xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08