Məhkəmə Ziya Məmmədovun əleyhinə qərar çıxardı; Nazirliyin tabeliyindəki MMC borc ödəyəcək
Ziya Məmmədovun rəhbəri olduğu Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumların biri ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) arasındakı məhkəmə çəkişməsinə son qoyulub.
Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, Nəqliyyat Nazirliyinin tabeliyindəki olan ?Bakı Sərnişin Nəqliyyatı? MMC DSMF-yə olan məcburi dövlət sığorta haqlarını ödəməkdən müxtəlif bəhanələrlə yayınıb: ?Məhz buna görə də, ?Bakı Sərnişin Nəqliyyatı? MMC-yə qarşı Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamenti iddia qaldırıb. Lakin departamentin iddiasına baxan 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin verdiyi qərar mübahisəni daha da dərinləşdirib. Həmin məhkəmənin çıxardığı məhkəmənin qətnaməsindən verilən şikayətə isə ötən həftə, daha dəqiqi, yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Elşanə Vəliyeva birinci məhkəmə instansiyasının qətnaməsini ləğv etməklə bərabər, DSMF-nin şikayətini təmin etmiş olub. Bu isə o deməkdir ki, ?Bakı Sərnişin Nəqliyyatı? borcunu ödəməlidir?.
Tərəflərin mövqeyini də dərc etməyə hazırıq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08