Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu İsmayıllıda həbs olunub. Məlumata görə, Tofiq Yaqublu DİN-in Mühafizə İdarəsinin rəisi, general-mayor Cavanşir Məmmədovun birbaşa göstərişi ilə saxlanılıb: "Hazırda ölkədə fəaliyyət göstərən əksər ictimai-siyasi qurumların təmsilçiləri İsmayıllıdadır, ancaq onların sırasında nəyə görəsə məhz Tofiq Yaqublu həbsə məruz qalıb". Müsavat funksionerinin yerli polis şöbəsinə aparıldığı bildirilir(Musavat.com). *** ?Bizə dedilər ki, bura təxribata gəlmisiz?. Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu İsmayıllıda polis tərəfindən saxlanmasından danışarkən deyib. Başqan müavini deyib ki, 40 dəqiqə polis idarəsində sorğu-sual edilib: ?Polis idarəsində Cinayət İstintaq şöbəsinin rəisi Şöhrət Kərimov bizə dedi ki, niyə gəlmisiz? Təxribat edəcəksiz? Mən də dedim ki, bura gəlməkdə məqsədimiz rayondakı vəziyyətlə tanış olmaqdır. Təxminən 40 dəqiqə sorğu-sualdan sonra azad olundum?. T.Yaqublu qeyd edib ki, polis idarəsində ona heç bir təzyiq olunmayıb.