Bu gün Şabran rayonunda bir qrup "KamAZ" sürücüsü Bakı-Xaçmaz yolunu baglamaga cəhd göstərib. Bu barədə Xaçmazdakı mənbəmiz məlumat verib. Onun sözlərinə görə, aksiyaya səbəb Nəqliyyat Nazirliyinin müfəttişlərinin onlardan yersiz yol pulu almalarıdır, "KamAZ" sürücüləri ilə müfəttişlər arasında qarşıdurma olub, əraziyə çoxlu sayda polis qüvvələri cəlb olunub, aksiya davam edir(musavat.com).