Yanvarın 21-də Səbail rayon Məhkəməsində Binə Ticarət Mərkəzində keçirilmiş etiraz aksiyasına görə saxlanan 10 nəfər haqqında 2 aylıq həbs qəti-imkan tədbiri seçilib. Bunlar Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev və Vaqif İbrahimovdur. Xatırladaq ki, 19 yanvar tarixindəki a ksiyadan dərhal sonra saxlanılan xeyli etirazçı Qaradağ rayon Polis Bölməsinə aparılsalar da, tutulanlardan yalnız 10 nəfər Yasamal rayon Polis bölməsinə gətirilib. Bu gün isə Səbail rayon Məhkəməsində 10 nəfər haqqında 2 aylıq həbs qəti-imkan tədbiri seçilib. Aksiya iştirakçılarına hökm oxunduqdan sonra təşkilatçılar hesab olunan həmin şəxslər yenidən Yasamal rayon Polis bölməsinə aparılıblar. Saxlananlar Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.