Bakıda hərbi hissədə əsgər güllələndi
Bakının Xəzər rayonu ərazisində əsgər güllə yarası alıb. Şüvəlan qəsəbəsi ərazisində N saylı hərbi hissədə xidmət çəkən 18 yaşlı Sübhan Mahmudlu güllələnib. Yaralı dərhal 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Əsgərin qarın boşluğundan güllə yarası aldığı bildirilir.
Xəstəxanadan anspress-ə verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır. Hazırda Sübhan Mahmudlu cərrahiyyə olunur.
Hadisə Ədliyyə Nazirliyinin balansındakı alayda baş verib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən ANS PRESS-ə verilən açıqlamada hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08