Prezident İlham Əliyevin fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnaməyə dəyişiklik edilib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, ölkə başçısının fərmanı ilə qurumun səlahiyyətləri artırılıb. Fərmana əsasən yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək TQDK-ya həvalə olunub.