Bakı şəhər sakini saxta diplom satarkən tutulub. MİA-nın Daxili İşlər Nazətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta diplom satışının qarşısı alınıb. Belə ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qabil Rəhimov Tibb Universitetinin saxta diplomunu 5000 dollara satarkən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.