?Xəzər-Lənkəran?klubu isa Qəmbərə hücumla bağlı rəsmi açıqlama verdi
?Müsavat başqanı İsa Qəmbərə hücum edən şəxslərin əyinlərinə bizim klubun formasını geyinmələrindən xəbərdarıq. Amma İsa Qəmbər öz çıxışında da ?Xəzər-Lənkəran? azarkeşləri haqqında bir şey söyləməyib?. Bunu Modern.az-a açıqlamasında ?Xəzər-Lənkəran? futbol klubunun ictimaiyyətlə əlaqələr üzrə meneceri Leyla Xəlilova azarkeşlərinə qarşı səsləndirilən bəzi ittihamlara münasibət bildirərkən deyib.
Klub rəsmisi qeyd edib ki, ?Xəzər-Lənkəran?ın formaları çox yerdə satılır və bunu çox adam alıb geyinir. ?Bizim formalar, bayraqlar ictimaiyyət üçün açıq yerlərdə satılır. Hamı pul verib onu ala bilər. Bu qalmaqalı salanların ?Xəzər-Lənkəran?la və kluba yaxın azarkeş qrupları ilə bağlılığı yoxdur?.
Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər və partiya funksionerləri yanvarın 13-də Lənkərana səfər zamanı bir qrup şəxsin hücumuna məruz qalıblar. Həmin adamların əynində ?Xəzər-Lənkəran? futbol klubunun formaları olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08