Aslan ismayılov: ?Hərbi hissənin bütün heyətini həbs etsən də, nəticəsi olmayacaq"
Xırdalandan üç ay əvvəl hərbi xidmətə çağırılmış Ceyhun Qubadovun hərbi hissədə döyülərək qətlə yetirilməsi cəmiyyətin tanınmış simalarını da ayağa qaldırıb. Tanınmış vəkil Aslan İsmayılov Ceyhun Qubadovun qətli fonunda son illər ordumuzdakı əsgərlərimizin ölümlərinə özünəməxsus münasibətini açıqlayıb.
Tanınmış vəkil ?Facebook? sosial şəbəkəsi vasitəsiylə bildirib ki, əsgər ölümlərinin qarşısını kimlərinsə cəzalandırılması ilə deyil, sistemi dəyişməklə almaq olar: ?"Ayrı-ayrı lokal şəkildə kimisi cəzalandırmaqla, vəzifəsindən aşağı endirməklə bir şeyə nail olmaq olmaz. Daşkəsəndə bir müddət əvvəl altı nəfəri avtomatla güllələmişdilər. O zaman da korpus komandiri vəzifəsindən azad olundu, bəzi zabitlər tutuldu. Amma nəticə dəyişmədi. Bu isə o deməkdir ki, bütövlükdə ordudakı sistem, yanaşma dəyişməlidir. Azərbaycanda hamı qanuna tabe olmalıdır, azad, ədalətli seçkilər keçirilməli, ədalətli məhkəmə sistemi qurulmalıdır. Bütün bunlar olmasa, hərbi hissənin bütün heyətini həbs etsən də, nəticəsi olmayacaq...".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08