Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Hüseyn Nuriyevin "on line" sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilib. DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, qumarxanaya baxış zamanı 6 dəst kompyuter, 30 ədəd futbol kuponları, 60 manat məbləğində uduşa qoyulmuş pul və digər sənədlər aşkar edilərək götürülüb.