Keçmiş millət vəkili Gülər Əhmədovanın səhhətində yenidən problemlər yarandığını deyir. Bu barədə açıqlama verən G.Əhmədova bildirib ki, hazırda evdə müayinə altındadır: ?Ürək ağrılarından əziyyət çəkirəm. Eyni zamanda beyindaxili qan dövranında da problemlər var?. G.Əhmədova istintaqın gedişatı ilə bağlı hələlik hər-hansı bir yeniliyin olmadığını bildirib: ?İstintaq gedir və hələlik heç bir yenilik yoxdur?. Keçmiş deputat bir müddət əvvəl dünyasını dəyişən Sevinc Babayevanın oğlunun onun barəsində səsləndirdiyi ittihamlara da cavab verib: ?Mən onunla polemikaya girmək istəmirəm. Çünki nə mənim səviyyəm, nədə ki mənim yaşım buna yol vermir. Onunla vəkilim məşğul olur?. G.Əhmədova vəkil tutduğunu bildirsə də, onun adını açıqlamayıb: ?Vəkilimin mətbuatda adının hallanmasını istəmirəm?. apa