Müsavat başqanı İsa Qəmbər 2013-cü ilin Elçibəy ili elan olunmasını təklif edib. Bu barədə İsa Qəmbər Facebbok hesabında yazıb. O, bldirib ki, 2013-cü il Əbülfəz Elçibəyin dünyaya gəlməsinin 75-ci ildönümüdür. Müsavat Partiyası olaraq 2013-cü ili Elçibəy ili adlandırmaq əzmindəyik. Qeyd edək ki, Azərbaycan hökuməti hər ili bir sahəyə ithaf edir. Elə 2012-ci il də ölkəmizdə ?İdman ili? idi. Hələ ki, hökumət 2013-cü ilin nəyə həsr olunacağını açıqlamayıb.