Millət vəkili iraqlı nazirlə görüzüb
Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda səfərdə olan İraqın Əyalət Məsələləri üzrə Dövlət naziri Dr. Torhan M.Əl-Müfti ilə görüşüb. Görüşdə Q.Paşayeva Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əlaqələrin genişlənməsində və əməkdaşlığın getdikcə daha da dərinləşməsində maraqlı olduğunu deyib.
Azərbaycana səfər etməsindən məmnunluq duyduğunu ifadə edən Dr. Torhan M. Əl-Müfti Azərbaycanda dinamik iqtisadi inkişafın şahidi olduğunu bildirib. İraqın Dövlət naziri ölkəsi ilə Azərbaycanın bütün istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsində, strateji əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51