Hüquq müdafiəçisi,keçmiş siyasi məhbus Musa Rahim İmişli rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avropa.info-nun İmişli rayonundan aldığı məlumata görə, Musa Rahimlə birgə, onun hüquq müdafiə təşkilatının üzvləri Saleh Qafarlı, Azər adlı şəxs də saxlanılıb. Musa Rahim rayon Mədəniyyət evinin qarşısında keçirilən tədbir zamanı çəkiliş aparakən polis əməkdaşlarının təzyiqi ilə üzləşib. Təxminən saat 18 radələrində Musa Rahim, Saleh Qafarlı və Azər polis idarəsinə aparılıb. Məlumatı Avropa.info-ya verən şəxs bildirib ki, bu saatadək hər üç şəxs polis idarəsində saxlanılırlar. Qeyd edək ki, Musa Rahim,Saleh Qafarlı və Azər adlı digər şəxs gecə saatlarında polis idarəsindən buraxılsalar da,bu gün səhər saatlarında hüquq müdafiəçisi yenidən həbs olunub.Aldığımız məlumata görə,polis heç bir izahat vermədən Musa Rahimi idarəyə aparıb. Onu da qeyd edək ki, Musa Rahim hüquq müdafiəçisindən daha çox evinin üstünə müxtəlif şüarlar vuraraq, etiraz aksiyaları keçirməklə tanınır.