Məzhur azərbaycanlı boksçu çəkiclə qətlə yetirildi
Rusiyanın Vladivostok şəhərində Primorsk Boks Federasiyasının vitse-prezidenti Müzəffər Süleyman oğlu Rzayevi qətlə yetiriblər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, qatillər Rzayevin evini soyub və avtomobilini də qaçırıblar. Şahidlərin sözlərinə görə, 44 yaşlı Müzəffər Rzayevi Karl Marks küçəsindəki evində çəkiclə vurub öldürüblər. Rzayevin maşını Çerniqovsk rayonunda avtomobil yolunda tapılıb.
Faktla bağlı cinayət işi açılıb. Hazırda qatillərin kimliyinin müəyyənləşməsi istiqamətində iş aparılır. Bir sıra məhkəmə ekspertizaları təyin edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08