Zakir Qaralov əmr verdi; Sevinc Babayevanın ölümü yerində arazdırılacaq
Elşad Abdullayevin yaydığı qalmaqallı video ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində açılmış cinayət işi üzrə axtarışda olan Sevinc Babayevanın Türkiyənin ?Medicana International İstanbul Hospital? xəstəxanasında ürək çatışmazlığından vəfat etməsi faktı yerində araşdırılacaq.
Artıq bu gün Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəyə ezam olunublar. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, baş prokuror Zakir Qaralov xüsusi tapşırıq qaydasında Azərbaycanın Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək, ölkəmizin hüquq-mühafizə orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirak etməsi barədə məsələ qaldırıb və bu məqsədlə Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə Respublikasına ezam olunublar.
mia.az
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08