Gülər Əhmədova YAP-dan çıxarıldı
Keçmiş deputat Gülər Əhmədova təmsil olunduğu Yeni Azərbaycan Partiyasından xaric edilib. Bu barədə ?azadliq.info?ya etibarlı mənbədən məlumat daxil olub. Məlumatda deyilir ki, G.Əhmədovanın qeydiyyatda olduğu YAP BDU şöbəsi dünən yığıncaq keçirərək onu partiya sıralarından çıxarıb. Məlumatla bağlı təfərrüatları dəqiqləşdirmməyə çalışacağıq.
***
YAP icra katibinin müavini Siyavuş Novruzov "moderator.az" saytına deyib ki, Gülər Əhmədova partiyanın sıravi üzvü olduğundan onun məsələsi mərkəzi aparatda müzakirə olunmur: "Mənim bundan xəbərim yoxdur. Yəqin ki, ilk ərazi təşkilatı bu barədə qərar verib".
***
YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev APA-ya açıqlamasında faktı təsdiqləyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08