Bakı Metropoliteninin "28 May" stansiyasının yenidən qurulmasına başlanılıb. Metropolitendən verilən məlumata görə, stansiyada rekonstruksiya işlərinə başlanılıb. Bakı Metropolitendən verilən məlumata görə, ?28 may? metrostansiyasında təmir işləri zamanı maksimum çalışılacaq ki, sərnişinlər həmin stansiyanın xidmətindən istifadə etsinlər. Stansiyanın sərnişinlərə aid olan hissəsində təmir işləri gecələr aparılacaq. Stansiyanın bərpası ayır, xətlərin ayrılması işləri isə ayrı aparılacaq. Təmir zamanı stansiya bağlanmayacaq. Lakin ola bilsin ki, gələn ilin yay aylarında tuneldə xətlərin ayrılması işləri aparılan zaman stansiya 2 günlük fəaliyyətini dayandırsın. Amma sərnişinlərin sıxlığı zamanı ən vacib stansiyanın fəsliyyətini dayandırmaq böyük çətinlik yaradacaq deyə, bütün işlər əsasən gecələr görüləcək. Stansiyanın xarici görkəmindən tutmuş, bütün texniki vasitələri dəyişdiriləcək. Bununla əlaqədar yaranan müvəqqəti narahatlığa görə Bakı Metropoliteninin rəhbərliyi sərnişinlərdən üzr istəyir.