Prezident İlham Əliyev Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 5,0 (beş) milyon manat Hacıqabul Rayon İcra Hakimiyyətinə ayrılması nəzərdə tutulur.