Sabah noyabrın 21-də Sumqayıt şəhəri Sumqayıt stansiyası yaşayış sahəsinə içməli suyun verilməsində fasilələr olacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, fasilələr "H.Z.Tağıyev adına Su Kəmərləri" idarəsinin 1-ci nasos stansiyasından Müşfiqabad qəsəbəsi istiqamətində magistral su xətlərinin birində əsaslı təmir işlərinin aparılması ilə əlaqədardır. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.