Azərbaycanda sosial yardım artacaq
2013-cü ildə Azərbaycanda sosial müavinətlərin və ünvanlı sosial yardımların (ÜSY) orta aylıq məbləği artacaq. Bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib. "2013-cü ildə ehtiyac meyarının 93 manatadək artırılacağı nəzərə alınaraq, ailələrə verilən ÜSY-nin orta məbləği indiki 110 manatdan 120-130 manatdək qaldırılacaq. ÜSY-nin əhatə dairəsi də genişlənir. Bu gün ünvanlı sosial yardım alanların sayı 130 min nəfər təşkil edir", - Rəhimov deyib.
Onun sözlərinə görə, habelə 2013-cü ildə sosial müavinətlərin indeksasiyası da aparılacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19