Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının tikintisi ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının tikintisinin tamamlanması və müasir avadanlıqla təchiz edilməsi məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentinin ehtiyat fondundan Azərbaycan Tibb Universitetinə 5,0 (beş) milyon manat ayrılıb.