Adil Əliyev Korrupsiyaya Qarzı Mübarizə idarəsinə müraciət edəcək
?Azəristiliktəchizat ASC-nin sədri nə işlə məşğuldur? Qarşıdan qış fəsli gəlir. Paytaxt ona hazırdırmı? Qışa hazırlıqla bağlı hansı işlər görülür??. Bu sözləri millət vəkili Adil Əliyev öz Facebook səhifəsində yazıb. Millət vəkili bildirib ki, 2012-ci ildə büdcə layihəsinə ölkə ərazisində istilik sistemi üzrə yaranan zərərin ödənilməsində istilik sistemi və təchizati obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat vəsait ayrılıb: ?2011-ci ildə isə ayrılan vəsait 19 milyon manat olub. Ümumi 2005-2010-ci illərdə isə istilik sisteminə üst- üstə təxminən 77 milyon manat ayrilib. Dostlar, bu rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm. Sadəcə, cənab Yaşar Həsənovun nəzərinə çatdırmaq istəyirəm ki, mənim seçicilərimin hələ də istilik məsələsi həll olunmamış qalıb və mən onların millət vəkili kimi rəsmi müraciətimi bu rəqəmlərin yoxlanması üçün Hesablama Palatasına və Korrupsiya ilə Mübarizə İdarəsinə təqdim etməyə hazırlaşıram. İndi söz sizindir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08