Bakının Səbail rayonunda sürüşmə baş verib. Bu barədə APA-agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralova istinadla xəbər verir. Hadisə bu gün saat 13:00 radələrində Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində, Bəyoğlu? restoranın qarşısındakı ərazidə baş verib. Sürüşmənin eni 180-220, uzunluğu 250, dərinliyi isə təxminən 4-5 metrdir. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçiriblər və ərazidən keçən yol bağlanıb. Bəxtiyar Qaralov deyir ki, sürüşməyə səbəb ərazidəki evlərin kanalizasiyasının yamaca axıdılması da ola bilər.