Prezident İlham Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, polis general-mayoru Məhərrəm Əliyevə bu gün general-leytenant rütbəsi verib. Mia.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutan İlham Əliyev ?Hərbi vəzifə və hərbi xidmət haqqında? Azərbaycan Respublikası Qanununun 36-cı maddəsini nəzərə alaraq Məhərrəm Abış oğlu Əliyevə general-leytenant hərbi rütbəsi verməsi ilə bərabər, onun həqiqi hərbi xidmətə qəbul edilməsi haqda da sərəncam imzalayıb. Bu gün prezident İlham Əliyev Məhərrəm Əliyevə vəzifə də verib. M.Əliyev Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib