Yeni Yasamal-2 ünvanında yaşayan 1930-cu il təvəllüdlü pofessor Şəmsəddin Quliyev özünü 9-cu mərtəbədən ataraq intihar edib. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasının professoru hadisə yerində keçinib. Professorun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi və bu səbəbdən intihar etdiyi ilkin ehtimallar arasında yer alıb. Hazırda hadisənin dəqiq səbəbini araşdırmaq üçün Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.