Gülər Əhmədovanın keçmiş köməkçisi Əhməd Şahidov Respublika Prokurorluğunda dindirilib. Ə.Şahidov bildirib ki, dindirilmə məlum videoqalmaqalı ilə bağlı olub: ?Həcc ziyarətindən qayıtdıqdan sonra məni prokurorluğa dəvət edərək dindirdilər. Dindirilmə məlum videogörüntülərlə bağlı oldu?. O, keçmiş millət vəkili ilə münasibətlərinin davam etdiyini deyib: ?Artıq Gülər Əhmədovanın köməkçisi deyiləm. Ancaq münasibətlərimiz davam edir, zəngləşirik, səhhəti ilə maraqlanıram?. Ə.Şahidov ?Mərkəz? qəzeti ilə əməkdaşlığının da tamamilə kəsilmədiyini vurğulayıb: ?Redaksiyada əmək haqlarının verilməsində müəyyən gecikmələr ola bilər. Bildiyimə görə bundan başqa heç bir problem yoxdur. Amma çoxdandır ki, qəzetə köşə yazıları yazmıram?(aznews.az).