Ziya Məmmədovun izçisi bıçaqlandı
Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin ?Nəqliyyat? Departamentinin əməkdaşı Bakının Binəqədi rayonu ərazisində bıçaqlandı.
Mia.az ?Gündəlik Teleqraf?a istinadən xəbər verir ki, faktı Binəqədi Rayon Polis İdarəsi təsdiqləyib.
?Xəqani-Petrol? yanacaqdoldurma məntəqəsində baş verən hadisədə Füzuli rayon sakini, 41 yaşlı Elmir Atakişiyev ərazidə xidmət aparan Nəqliyyat Departamentinin əməkdaşı Fəxrəddin Cəlilova ölümcül bıçaq zərbələri vurub. Qarnından və qolundan bıçaq xəsarəti alan F.Cəlilov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı məlum deyil.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08