Bakıda intihar hadisəsi baş verib. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün axşam saat 18.00 radələrində qeydə alınıb. Babək prospekti 10, mənzil 60 ünvanında yaşayan qohumlarıgilə qonaq gələn 19 yaşlı Rəhimov Həbib Sucəddin oğlu özünü 15-ci mərtəbədən ataraq intihar edib. H.Rəhimov Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsidir.Onun intiharının səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.