Bakının ?Fəvvarələr meydanı?nda siyasi partiyaların, gənclər təşkilatları, vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, eləcə də mühacirətdə yaşayan azərbaycanlıların təşkilatçılığı ilə keçirilən aksiya başlayıb. İştirakçılar ?Parlament buraxılsın?, ?Azadlıq? şüarları səsləndirilir. Qafqazinfonun məlumatına görə, polis artıq bir neçə nəfəri saxlayıb. Polislərlə jurnalistlər arasında qarşıdurma yaranıb. Polis ?Yeni-Müsavat?ın əməkdaşını döymək istəyib. AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı saxlanılıb. Hazırda Fəvvarələr Meydanında aksiya davam edir. Polis meydanı mühasirəyə alıb.