Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov ?Media forum? saytına, E.Abdullayevin yaydığı son video ilə bağlı belə deyib: ?Ramil Usubovu bütün ölkə yaxşı tanıyır. Belə iftiralar Ramil Usubova yapışmaz. Kim nə deyir, desin. Ramil Usubovun adını belə şeylərə bulaşdırmaq istəyənlərin cəhdləri əbəsdir. Ramil Usubovu bütün ölkə, xalq və bütün sistem tanıyır. Hamı onun necə insan olduğunu bilir. O, heç vaxt belə şeylərə bulaşmaz?. ?Son illərdə Elşad Abdullayev DİN-ə hansısa videolar göndərərək belə hallarla üzləşdiyinə dair şikayət edibmi, yoxsa bu videolardan onlar yayılandan sonra məlumat tutursunuz? sualına mətbuat xidmətinin rəhbəri belə cavab verib: ?Məndə bu barədə məlumat yoxdur. Mətbuat xidməti istintaqla bağlı bütün məlumatlara malik olmur. Siz nə qədər bilirsinzisə, mən də onu bilirəm?.