General DiN əməkdazını izdən qovdurdu; Dünya çempionu korrupsiya faktı ilə saxlanıldı
General-polkovnik Ramil Usubovun əmri ilə vəzifədən azad edilən Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi Əli Əhmədovun tabeliyində işləyən daha bir əməkdaş - Bəxtiyar Abbasov da işdən azad edilib.
Mia.az xəbər verir ki, bu barədə məlumatı AzNews.az-a polis orqanlarındakı mənbə verib. Mənbənin bildirdiyinə görə, Bəxtiyar və Şəhriyar Abbasov qardaşları qaydasız döyüş üzrə dünya çempionudurlar. Onlardan Bəxtiyar Abbasov nazir müavini Vilayət Eyvazovun tapşırığı ilə işdən kənarlaşdırılıb. Bununla yanaşı B.Abbasov DİN-in Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılıb.
Xatırladaq ki, nazirliyin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi, polis polkovniki Əli İbrahimovun də vəzifəsindən rüşvət olayına görə, qovulduğu bildirilir. Belə ki, məktəbdə rüşvətxorluq faktları ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə xeyli sayda şikayətlər daxil olub. Şikayətlərin araşdırılmasından sonra Əli İbrahimov nazirin əmri ilə vəzifəsindən azad olunaraq, sərəncama göndərilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08