Azərbaycanın ali məktəblərində lüzumsuz kafedra və fakültələrin sayı azaldılmalıdır. Bunu Azərbaycan təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib: "Demirəm ki, kafedra və fakültələrin sayı kütləvi şəkidlə azalsın. Sayın artırılmasındansa, hər halda qabiliyyəti olan işçilər məktəblərdə daha çox saxlanılmalıdır. Ona görə də ali məktəb rəhbərləri optimal, cevik bir variantı seçib, ali məktəbi yaşatmalıdırlar". Nazir deyib ki, bu gün ali məktəblərin büdcələrinin iki əsas mənbəyi var. Onlardan biri ödənişli əsaslarla təhsil alan tələbələrin ödədiyi təhsil haqqı, digəri isə dövlət sifarişli yerlər üzrə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsaitidir. Mərdanovun sözlərinə görə, ali məktəb dövlət sifarişli yerlər üzrə təhsil alanların sayının çox olmasında maraqlı olmalıdır. Bu maraq da o zaman ola bilər ki, dövlət sifarişli yerlər üzrə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsait ödənişli yerlər üzrə təhsil haqqının məbləğindən yüksək olsun. "Hələlik bu istiqamətdə işlər aparılır. Ola bilər ki, gələcəkdə bu işin gedişində bəzi ali məktəblər üçün ciddi problemlər yaransın. Ona görə də ali məkltəblərin rektorları, Elmi şuraları bu məsələni ciddi müzakirə etməlidir",-Mərdanov bildirib#305;d#601;tin ali m