Sabah müxalifətin aksiyasıdır
?Sabahkı aksiyaya İctimai Platatnın Koordinasiya Şurası dəstək verib. Qurumun tərkibinə daxil olan partiyalar da aksiyaya dəstək verəcək?. Bu sözləri ?Qafqazinfo?ya açıqlamasında Müsavat Partiyasının Gənclər Komitəsinin sədri Tural Abbaslı noyabrın 17-də keçirilməsi nəzərdə tutulan aksiyaya münasibət bildirərkən səsləndirib.
Tural Abbaslı qeyd edib ki, onun aksiyada iştirak edib-etməyəcəyi texniki məsələdir: ?Məndə olan məlumata görə, aksiya piket formasında təşkil olunacaq. Bu gün Müsavat Partiyasında bu məsələlər müzakirə ediləcək. Əgər partiyanın göstərişi olsa, iştirak edəcəm. Amma müsavatçılar həmin piketdə iştirak edəcəklər?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51